02:19
(077) 610-22-33

Daxili İşlər Nazirliyi müsabiqə elan edir

  • >
818 11 Noyabr 2013 12:10 | Cəmiyyət

Daxili İşlər Nazirliyi respublikanın şəhər və rayon polis orqanlarında 100 vakant yerə - əməliyyat müvəkkili, təhqiqatçı, polis sahə inspektoru və yetkinlik yaşına çatmayanlarla iş üzrə inspektor vəzifələrinə xidmətə qəbulla əlaqədar müsabiqə elan edir.

Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, müsabiqədə dövlət təhsil müəssisələrində ali hüquqşünas və pedaqoq ixtisası üzrə ali təhsil almış, yaşı 30-dan yuxarı olmayan, həqiqi hərbi xidmət müddətini tam başa vurmuş, "Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə" ilə müəyyən olunmuş digər şərtlərə cavab verən Azərbaycan Respublikasının vətəndaşları iştirak edə bilərlər.

Müsabiqədə iştirak üçün vətəndaşlar 2013-cü ilin noyabr ayının 4-dən dekabr ayının 4-dək hər gün (istirahət günləri istisna olmaqla) saat 10:00-dan 17:00-dək qeydiyyat yeri üzrə ərazi polis idarə və şöbələrinə müraciət edərək şəxsiyyət vəsiqəsini, ali təhsil haqqında diplomun əslini, hərbi bileti (kişilər üçün) şəxsən təqdim etməlidirlər.

Müsabiqənin şərtləri barədə əlavə məlumat almaq istəyənlər (012) 590-92-21, 590-91-47, 590-92-54 nömrəli telefonlar vasitəsi ilə Daxili İşlər Nazirliyinin Baş Kadrlar İdarəsinə müraciət edə bilərlər.

AzNews.az
Bağla X