3 “avtoş“ həbs olundu

Gəncədə "avtoşluq" edən üç sürücü 15 sutkalıq həbs edilib.

Gəncə şəhər yol polisi şöbəsindən verilən məlumata görə, polisin keçirdiyi əməliyyat zamanı şəhərin Gülüstan qəsəbəsində "VAZ 2107" markalı avtomobillə Eşqin Məmmədov, "VAZ 21011" markalı maşınla Əmrah Quliyev avtoxuliqanlıq maddəsi ilə təqsirləndirilib.

Digər bir avtoxuliqan-Ceyhun Abdullayev isə idarə etdiyi "VAZ 2107" markalı avtomobillə şəhərin mərkəz hissəsində yol hərəkət qaydalarını pozan zaman saxlanılıb.

Avtoxuliqanlar barəsində yol hərəkət qaydalarını kobud şəkildə pozduqlarına görə inzibati protokollar tərtib olunub, məhkəmə qərarı əsasında 15 sutkalıq həbs cəzası verilib.(trend)