16:51
(077) 610-22-33

“Disneylənd”-ə maraq azalır

  • >
679 11 Noyabr 2013 22:28 | Cəmiyyət

Rusiya mətbuatı xəbər verir ki, Fransız "Disneylənd"inə gələn ziyarətçilərin sayı son bir il ərzində düşüb. Bu barədə Fransa mətbuat orqanı açıqlama yayıb. Açıqlamada bildirilir ki, park 2012-ci ildə özünün 20 illik yubileyini qeyd edəndə ziyarətçilərin sayı rekord həddə -16 milyona çatmışdı. Lakin son bir il ərzində Parisdəki "Disneylənd"i 14,9 milyon turist ziyarət edib.

"Disneylənd" kompaniyasının hesablamalarına görə, gələn turistlərin sayı 7% düşüb.EuroDisneyin prezidenti bu barədə açıqlama verərək bildirib:"2013-cü il bütün Avropa turizm və əyləncə sənayesi üçün ağır il oldu".
Məlumat üçün bildirək ki,"Disneylənd" Paris kompleksi 1992-ci ilin aprelin 12-də açılıb. Bu ərazidə Disneylənd(1992) və Uolt Disney Studiya Parkları(2002), həmçinin əyləncə parkı olan Disney Vilic (Disney Village), otellər, biznes və yaşayış məhəllələri də yerləşir.

AzNews.az
Bağla X