22:12
(077) 610-22-33

İslam ölkələrinin Bakı Bəyannaməsi qəbul olundu

  • >
409 12 Noyabr 2013 11:31 | Cəmiyyət

Konfrans iştirakçıları adından prezidentə müraciət ünvanlandı




Bakıda keçirilən İslam Təhsil, Elm, Mədəniyyət Təşkilatının (İSESCO) üzv ölkələrinin uşaq məsələləri üzrə məsul nazirlərinin "İslam dünyasında uşaqlar və urbanizasiya problemləri" adlı IV konfransının sonunda İslam ölkələrində uşaqlarla bağlı problemlərin həllini nəzərdə tutan Bakı Bəyannaməsi qəbul olunub.

Trend-in məlumatına görə, İSESCO-nun baş direktoru Əbdüləziz ibn Osman əl-Tuveycri bəyannamədə uşaqların təhsil, tibbi xidmətlərə birbaşa çıxış imkanlarının əldə edilməsi, onların sosial hüquqlarının müdafiəsinin öz əksini tapdığını söyləyib.

O qeyd edib ki, Bakı Bəyannaməsində Dağlıq Qarabağda münaqişəsindən zərər çəkən uşaqların həyatları ilə bağlı bənd də var.

Həmin bənddə Azərbaycan torpaqlarının işğal olunması qeyd olunub və orada zərər çəkən uşaqlarla bağlı digər məlumatlar öz əksini tapıb. Bəyannamədə islam ölkələrində küçə uşaqların problemlərinin həlli ilə bağlı məsələlər də əks olunub.

Konfransın sonunda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova və İSESCO-nun baş direktoru Əbdüləziz ibn Osman əl-Tuveycri göstərdikləri dəstəyə görə Azərbaycan Prezidenti İlham Əliyevə, UNESCO və İSESCO-nun xoşməramlı səfiri, ölkənin birinci xanımı Mehriban Əliyevaya təşəkkürlərini bildiriblər.

Sonda konfrans iştirakçıları adından Prezident İlham Əliyevə müraciət ünvanlanıb.

AzNews.az
Bağla X