13:22
(077) 610-22-33

Büdcədə sosial yönümlü xərclər artırılır

  • >
622 12 Noyabr 2013 13:03 | Cəmiyyət

"2014-cü ildə elm xərclərində əmək haqqı sisteminin təkmilləşdirilməsi, pensiya təminatının yaxşılaşdırılması və digər tədbirlərin maliyyələşdirilməsi ilə bağlı 3,5 mln. manat ayrılacaq".

AzNews.az xəbərinə görə, bunu Milli Məclisdə yeni il üçün büdcə zərfinin müzakirəsi zamanı Azərbaycan Hesablama Palatasının sədr müavini Adil Məhərrəmov bildirib.

Onun sözlərinə görə, 2014-cü il üçün büdcə xərclərinin 2,5% artırılaraq 25 mlrd. ABŞ dollarına çatdırılması nəzərdə tutulub: "Dövlət büdcəsinin tərkib hissəsində sosial yönümlü xərclərin artırılması nəzərdə tutulur. 2014-cü il dövlət büdcəsinin xərclərində sosialyönümlü xərclərin (əməyin ödənilməsi, pensiya və müavinətlər, dərman, sarğı ləvazimatları və materialların, ərzaq məhsullarının alınması) xüsusi çəkisi 26,6% olmaqla, 2013-cü illə müqayisədə 1,3 faiz bəndi artıb. Mütləq ifadədə bu məqsədə 5 337,3 mln. manatın ayrılması proqnozlaşdırılır ki, bu da 2013-cü ilə nisbətən 298,9 mln. manat və ya 5,9% çoxdur".

A.Məhərrəmov qeyd edib ki, elmi-tədqiqat layihələrinin Azərbaycan Prezidenti yanında Elmin İnkişaf Fondu vasitəsilə həyata keçirilməsi üçün 8 mln. manat, latın qrafikalı kitabların çap edilməsi üçün 5 mln. manat, Azərbaycan Milli Elmlər Akademiyasının elmi obyektlərinin yenidən qurulması və əsaslı təmiri üçün 3 mln. manat, elmi-tədqiqat müəssisələrinin maddi-texniki təminatının möhkəmləndirilməsi və müasir laboratoriya avadanlıqlarının alınması üçün 5 mln. manat və digər tədbirlərin həyata keçirilməsi üçün vəsait nəzərdə tutulub"

AzNews.az
Bağla X