Əli Əhmədovun deputat mandatı ləğv edildi- Yenilənib

Mərkəzi Seçki Komissiyası (MSK) Əli Əhmədovun deputat mandatını ləğv etdi. AzNews.az-ın verdiyi məlumata görə, bu barədə qərar MSK-nın bu gün keçirilən iclasında qəbul olunub.

MSK katibi Arifə Muxtarova deyib ki, Milli Məclisin deputatı, Yeni Azçrbaycan Partiyasının icra katibi-sədr müavini Əli Əmədov Azərbaycan Respublikasının prezidenti tərəfiindən baş nazirin müavini təyin edilib.

Konstitusiyanın 89-cu maddəsinin 4-cü hissəsinə əsasən, Milli Məclisin üzvü dövlət orqanlarında vəzifə tutduqda Milli Məclisin üzvlüyündən istefa verməlidir. Əli Əhzmədovun oktyabrın 28-də MSK-ya müraciət edib, deputat mandatından məhzrum edilməsini xahiş edib. Məsələ səsvenməyə çıxarılaraq qəbul edib.

Yığıncaqda həmçinin, MSK-nın 16 oktyabr və 17 oktyabr tarixli iclas protokollarının təssdiq edilib, 14 saylı Xəzər Seçki Dairə Komissiyasının tərkibiində dəyişiklik edilib və MSK-ya daxil olmuş müraciətlərə baxılıb.


***
16:10
Mərkəzi Seçki Komissiyası (MSK) bu gün keçirilən iclasında baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının icra katibi-sədr müavini Əli Əhmədovun deputat mandatından məhrum edilməsi məsələsinə baxacaq.

MSK-dan verilən məlumata görə, Konstitusiyaya uyğun olaraq, Azərbaycan Respublikasının prezidenti tərəfindən baş nazirin müavini təyin edilmiş Əli Əhmədovun deputat səlahiyyətlərinə xitam verilməlidir.

Qeyd edək Ki, Konstitusiyanın 89-cu maddəsinin 4-cü hissəsinə əsasən, Milli Məclisin üzvü dövlət orqanlarında vəzifə tutduqda Milli Məclisin üzvlüyündən istefa verməlidir.

AzNews.az