23:57
(077) 610-22-33

Elşad Abdullayevin qayınatası ifadə verdi

  • >
563 12 Noyabr 2013 15:25 | Cəmiyyət

“Onu tapa bilmirlər, əvəzini bizdən çıxırlar”




Bakı Ağır Cinayətlər Məhkəməsində həbsdə olan sabiq deputat Gülər Əhmədovanın cinayət işi üzrə məhkəmən prosesi günortadan sonra davam etdirilib.

APA-nın məlumatına görə, prosesdə Elşad Abdullayevin qayınatası Hüseyn Əhmədov ifadə verib. O bildirib ki, ibtidai istintaqa verdiyi ifadəni təsdiq edir: "Mənim ölkədən çıxışıma qadağa, bank hesabıma həbs qoyublar, kitabxanamı möhürləyiblər, Elşadı tapa bilmirlər, əvəzini bizdən çıxırlar. Elşad Abdullayev mənim hesabıma yaşayıb, mən onun hesabına yox... Video çəkiliş aparılan ofis mənim adıma olsa da, mənim o ofislə heç bir əlaqəm olmayıb. Elşad Abdullayev yaramazdır".

Sonra Gülər Əhmədova şahidə sual verib: "Mənim bir ağsaqqal kimi Sizə hörmətim var. Bilirəm ki, Elşad da, onun nəsli də Sizin qarşınızda diz çökürdülər, Sizə hörmət edirdilər. Elşad Abdullayevin Azərbaycan vurduğu ziyanı heç ermənilər vurmayıb. Nə üçün Elşad Abdullayevi bu cür əməllərdən çəkindirmədiniz?"

H. Əhmədov G. Əhmədovaya cavabında bildirib ki, E. Abdullayevin qohumları imkan verməyiblər ki, ona qulaq assın.

Daha sonra prosesdə G. Əhmədovanın vəkili Əfsər Talıbov vəsatət qaldırıb. Vəkil bildirib ki, prosesdə dindirilən şahidlərin verdiyi ifadələrlə istintaqa verdiyi ifadələr arasında ziddiyyətlər var. O, müstəntiq Emzar Qocayev istintaqı bərbad apardığı üçün prosesdə suallara cavab verməsini istəyib. Qaldırılan vəsatət təmin edilməyib.

Proses noyabrın 14-də davam etdiriləcək.

AzNews.az
Bağla X