01:10
(077) 610-22-33

İlham Əliyev Cəmil Çiçəklə görüşdü

  • >
416 12 Noyabr 2013 20:19 | Cəmiyyət

Noyabrın 12-də prezident İlham Əliyev Türkiyə Böyük Millət Məclisinin sədri Cəmil Çiçək ilə görüşüb.

Görüşdə Azərbaycan ilə Türkiyə arasında mövcud dostluq və qardaşlıq münasibətləri, bu əlaqələrin perspektivləri barədə fikir mübadiləsi aparılıb.

İki ölkə arasındakı münasibətlərin çox güclü təməlinin olduğu qeyd edilib, əlaqələrimizin ortaq tarixə və mədəniyyətə əsaslandığı vurğulanıb.

Söhbət zamanı parlamentlərarası əlaqələrin inkişafına çox böyük diqqət yetirilib. Türkiyə Böyük Millət Məclisinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın mövqeyini dəstəkləməsinin, iki ölkənin parlamentlərinin bundan sonra da səmərəli əməkdaşlığının böyük əhəmiyyəti olduğu qeyd edilib. Həmçinin qardaş ölkələrimizin hər zaman bir-birinin yanında olacağı xüsusi vurğulanıb.(AzərTAc)
Bağla X