19:41
(077) 610-22-33

Abel Məhərrəmov: “İmkan verin biz də danışaq”

  • >
407 13 Noyabr 2013 12:55 | Cəmiyyət

"Magistrların və doktorantların hərbi xidmət keçməkdən azad edilməmələri bizi ölümə aparır".


Lent.az-ın məlumatına görə, bunu parlamentin bugünkü iclasında Bakı Dövlət Universitetinin (BDU) rektoru, deputat Abel Məhərrəmov deyib.

Azərbaycanda təhsilin zəif inkişaf etdiyi ilə bağlı deyilənlərlə razılaşmadığını bəyan edən BDU rektoru deyib ki, ölkədə təhsil də, elm də inkişaf edir: "Bəzən bunu elə adamlar deyir ki, heç onlar təhsil sahəsində çalışmırlar. Ona görə də xahiş edirəm, imkan verin, hərdən təhsil işçiləri də öz sözlərini desin. Danışanda da elə fikirlər ortaya qoyurlar, az qalır deyəsən ki, mənim düşüncələrim səhvdir. Halbuki o adamın özünün təhsildən xəbəri yoxdur".

Deputat Azərbaycan universitetlərin dünya reytinq siyahısında geridə olmalarının əsas səbəblərindən birinin yataqxana ilə bağlı problemlərin olduğunu qeyd edib. O deyib ki, universitetlərin yataqxana problemləri çox ciddi xarakter daşıyır və dünya reytinq cədvəllərində də universitetlərimizin arxa sıralarda olmağına da bu tip problemlər səbəb olur.

AzNews.az
Bağla X