20:00
(077) 610-22-33

İmişlidəki biabırçı olayla bağlı son xəbərlər - Yenilənib

  • >
1 204 13 Noyabr 2013 19:13 | Cəmiyyət

Ərinə xəyanət etdiyinə görə, atası tərəfindən tövləyə salınaraq cəzalandırılan qadın barədə yeni məlumatlar əldə etmişik. İmişli rayon Polis Şöbəsindən AzNews.az-a verilən məlumata görə, araşdırma zamanı məlum olub ki, yayılan xəbərlər həqiqətə uyğun deyil. Şöbədən bildirilib ki, sözügedən qadından və onun valideyinlərindən, eləcə də qonşularından izahatlar alınıb. İzahatlarda qeyd olunan məsələ öz əksini tapmayıb. Qadın valideyinləri ilə bir yerdə və sivil şəkildə yaşadığını söyləyib.

***
18:24
Polis İmişli rayonunun Otuzikilər kəndində əməliyyat-axtarış tədbiri həyata keçirib.


Rayon Polis Şöbəsindən AzNesws.az-a verilən məlumata görə, xəbər mətbuatda yayıldıqdan dərhal sonra əməliyyat qrupu yaradılıb və qeyd olunan kənddə araşdırma aparılıb.

Yazıda şərti adı açıqlanan qadının evi müəyyənləşib. Həmin evə baxış keçirilib və xəbərdə yer alan cinayət halına rast gəlinməyib: "Qadının tövlədə saxlanılması xəbəri yalandır. O, valideynləri bir evdə yaşayır"

Polisdən o da qeyd olunub ki, əməliyyatçılar kənd əhalisi ilə söhbət aparıb, qonşularla fərdi danışıqlar həyata keçirilib.

Əlavə məlumat veriləcək.
***
15:35
Azərbaycanda misli görünməmiş ana faciəsi yaşanır. İmişli rayonunun Otuzikilər kəndində övladları əlindən alınan gənc ana atası və qardaşı tərəfindən tövlədə saxlanılır.


İki ildir tövləyə salınan 30 yaşlı Gülnar Əliyeva (ad və soyad şərtidir) işıq üzünə həsrətdir, yemək və su ona sinidə aparılır. Kənd sakinlərinin verdikləri məlumata görə, qapının altından sinidə yeməyi götürən zavallıı qadın iki ildir yeməyi o formada qəbul edir. Qadının faciəsi bir müddət əvvəl başlayıb.

İki övladı olan ana ərini və uşaqlarını ataraq sevdiyi oğlana qoşularaq qaçıb. Həyat yoldaşı onu taparaq yenidən evinə, uşaqlarının yanına gətirib. Lakin bir müddət sonra həmin qadın başqa birinə qoşularaq evdən gedib. Bundan sonra onun həyat yoldaşı boşanaraq uşaqları da özü ilə Rusiyaya aparıb. Qadını isə atası Zakir və qardaşı sevgilisindən alaraq evə gətirib tövləyə salıblar. Qadın əzizlərindən bağışlanmasını yalvarsa da, atası onun yaşamaq haqqı olmadığını deyir.(milli.az)

Azər
AzNews.az

Bağla X