22:55
(077) 610-22-33

“Gənclər Kuboku” yekunlaşdı

  • >
710 7 Avqust 2012 11:49 | Cəmiyyət


Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Futbol Federasiya Assosiyasiyaları (AFFA), ADİDAS və "İRƏLİ" İdman Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən Azərbaycanda gənclərarası ilk "Gənclər Kuboku" turnirinə yekun vurulub. "İRƏLİ" İctimai Birliyinin mətbuat xidmətindən AzNews.az-a veriən məlumata görə, turnirin mükafatlandırılma mərasimi avqustun 6-da AFFA-nın inzibati binasında konfrans zalında keçirilib. Turnirdə birinci yerə ASAİF, ikinci yerə ATGTİ və üçüncü yerə isə "Kreativ Gənclər" İctimai Birliyinin komandaları sahib çıxıb. Qaliblərə kubok, diplom və "MY BRANDS" Şirkətindən müxtəlif hədiyyələr təqdim edilib. Xatırladaq ki, layihənin keçirilməsində əsas məqsəd 2012-ci ilin Cənab Prezident tərəfindən "İdman ili" elan edilməsini, ölkəmizdə bu sahənin inkişafına dövlət qayğısının artırılmasını nəzərə alaraq gənclər arasında idmanın inkişafı, sağlam həyat tərzinin təbliği  və bu sahəyə marağı olan gəncləri bir araya gətirməkdir.

Mirvari Nəcəf
AzNews.az
Bağla X