“JEK”lər ləğv edilməlidir - Təklif


"Bu gün "JEK"lərin fəaliyyəti yox dərəcəsindədir və bu qurum arayış verməkdən başqa heç bir işlə məşğul olmur".


AzNews.az-ın bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxışı zamanı deputat Kamilə Abdulayeva deyib. Mənzil istismar sahələrinin (MİS) ləğv edilməsini təklif edən K. Abdullayeva bildirib ki, bu qurumun icraatında olan vəzifələr başqa qurumlara həvalə oluna bilər: "MİS-lərə kifayət qədər maliyyə vəsait ayrılır. Baxmayaraq ki, şəhərdə təmizlik işlərini artıq özəl şirkətlər həyata keçirir. Ona görə də təklif edirəm ki, MİS-lər ləğv edilməli və onların funksiyası bələdiyyələrə verilməlidir. Vəsait də büdcədən bələdiyyələrə ayrılmalıdır".

Azər
AzNews.az