05:13
(077) 610-22-33

Bahar Muradova: “Deputatlar küçələrdə qalıb”

  • >
509 14 Noyabr 2013 13:37 | Cəmiyyət


Milli Məclisin vitse-spiker Bahar Muradova deputatlara imtiyazlar verilməsi təklifi ilə çıxış edib.

AzNews.az-ın xəbərinə görə, Milli Məclisdə büdcə müzakirəsi zamanı B. Muradova bildirib ki, bu gün deputatların rayonlarda səmərəli fəaliyət göstərməsi üçün qərargahların və nəqliyyat vasitələrinin maliyyələşməsi üçün pul ayrılmalıdır:

"Bu gün qərargahlarının olmaması nəticəsində millət vəkillərinin yerlərdə ancaq bir otaqlı ofisləri var ki, onlarda müxtəliq binalarda yerləşir. Mütəmadi olaraq bu ofislərin yerləri dəyişdirilir, onaların otağında olan telefon pulu ödənilmir. Ofislərin yerlərinin dəyişdirilməsi nəticəsində deputatlar yer axtara-axtara əşyaları qoltuqlarında küçələrdə qalırlar.

Artıq yeri gəlib icra hakimiyyətləri haqqında deməliyəm. Başqalarını deyə bilmərəm, artıq mənim səbrim boğazıma yığılıb. Bütün məsuliyyəti üzərimə götürərək bunları deyirəm. Nəticəsi necə olacaq deyə bilmərəm" .

B. Muradova eyni zamanda deputatların köməkçilərinin maaşlarını artırılmasını onlara da nəqliyyat vasitələrinin ayrılması təkilif ilə çıxış edib. "Bu gün köməkçilər ancaq maaş almaqla məşğuldur. Onların seçicilərlə görüşmək, yerlərə getmək üçün heç bir nəqliyyat vasitəsi yoxdur".

Azər
AzNews.az
Bağla X