İlham Əliyev fələstinli həmkarını təbrik etdi

Azərbaycan Prezidenti İlham Əliyev Fələstin Dövlətinin Prezidenti Mahmud Abbasa təbrik məktubu ünvanlayıb.

Təbrik məktubunda deyilir: "Fələstin Dövlətinin milli bayramı münasibətilə Sizi və bütün xalqınızı Azərbaycan xalqı adından və şəxsən öz adımdan ürəkdən təbrik edirəm.

İnanıram ki, Azərbaycan-Fələstin əlaqələri və dostluq münasibətləri istər ikitərəfli qaydada, istərsə də beynəlxalq qurumlar çərçivəsində bundan sonra daha da genişlənərək xalqlarımızın rifahına xidmət edəcəkdir.

Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, qardaş Fələstin xalqına sülh və rifah diləyirəm".


AzNews.az