Əli Kərimli “Yeni Müsavat”a niyə dəstək vermədi?

Bu günlərdə "Yeni Müsavat" qəzetinin keçirdiyi abunə marafonunda AXCP sədri Əli Kərimlinin iştirak etməməsi sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilib.

Bu məsələnin gündəmə gəlməsinə səbəb Müsavat başqanı İsa Qəmbərin AXCP-yə yaxın "Azadlıq" qəzetinə yardım marafonunda yaxından iştirak etməsi olub. Həmçinin Müsavat rəhbərliyinə daxil olan digər şəxslər də bu kampaniyaya qoşulublar.

"Qafqazinfo" AXCP sədrinin marafonda iştirak etməməsinin səbəbini öyrənmək üçün Əli Kərimlinin köməkçisi Faiq Əmirovla əlaqə saxlayıb.

Faiq Əmirov bildirib ki, Əli Kərimli "Yeni Müsavat"ın kampaniyanı keçirdiyi gün, noyabrın 12-də Bakıda olmayıb: "Həmin tarixdə Əli Kərimli yas məclisində iştirak etmək üçün rayonlarıın birinə gedib".

"Yeni Müsavat" qəzetinin baş redaktoronun birinci müavini Azər Ayxan isə bildirib ki, bu günə qədər qəzetin keçirdiyi marafona AXCP sədri və rəhbər üzvləri əyani və qiyabi şəkildə heç bir dəstək verməyiblər.

AzNews.az