23:57
(077) 610-22-33

Azərbaycan-İran sərhədindəki vəziyyət düzəlir - VİDEO

  • >
451 15 Noyabr 2013 23:28 | Cəmiyyət

Artıq 9 gündən bəri Azərbaycan-İran sərhədində davam edən gərginlik bu gün günorta saatlarından etibarən öz həllinin tapmağa başlayıb. Naxçıvana yük aparan avtomobillər günorta saatlarından etibarən yola düzəliblər.
Biləsuvar sərhəd buraxılış məntəqəsindəki yük avtomobil sürücülərinin əksəriyyəti evlərinə döndüyündən bəzi yük avtomobilləri park edildikləri yerdən çıxmaqda çətinlik çəkiblər.

Avtomobillərin sərhəddə qoyub evlərinə gedən sürücülər də artıq geri dönməyə başlayıblar. Axşam saatlarına kimi 30-a yaxın yük avtomobilinin Biləsuvar sərhəd keçid məntəqəsindən qarşı tərəfə keçdiyi bildirilir.

Dövlət Gömrük Komitəsinin Biləsuvar Gömrük İdarəsindən verilən məlumata görə, İran bu gün Biləsuvardan keçən avtomobilləri qəbul etsə də, hələki Culfa sərhəd keçid məntəqəsindəki məhdudiyyətləri tam aradan qaldırılmayıb. Elə bu səbəbdən bu gün ərzində Biləsuvar sərhəd keçid məntəqəsinə Naxçıvandan gələn avtomobillər daxil olmayıb.




AzNews.az
Bağla X