13:01
(077) 610-22-33

“Zaminbank” 21 yaşını qeyd edir

  • >
733 16 Noyabr 2013 11:20 | Cəmiyyət

"Zamanı Aşaraq Müvəffəqiyyəli, İnamlı Nailiyyət"in açarı oaln "Zaminbank" 21 –ci yaşını qeyd edir.

AzNews.az xəbər verir ki, 16 noyabr 1992-ci il tarixində Azərbaycan Respublikası Milli Bankının 15 saylı lisenziyası əsasında fəaliyyətə başlayan bank bu illər ərzində Azərbaycanın aparıcı banklarından birinə çevrilib.

"Zaminbank" müştərilərlə əlaqələrini onlara maksimal dərəcədə etibarlı olmaq prinsipi əsasında qurur. Bu həm bankın sloqanında – "Adımız Zəmanətimizdir", həm də fəaliyyət və konkret xidmətlərində öz əksini tapır. Bankın mühüm məqsədlərindən biri müştəri xidməti keyfiyyətinin daimi olaraq artırmaq, göstərilən xidmətləri genişləndirmək və şərtlərini yaxşılaşdırmaqdır.

"Zaminbank" müxtəlif beynəlxalq və xarici maliyyə təşkilatları ilə sıx əməkdaşlıq edir və bu əməkdaşlığın əsas istiqamətlərindən biri də 2006-ci ildə yaratdığı Azərbaycanın ilk beynəlxalq pul köçürmə sistemi olan "Caspia Money Transfer"dir. Bu sistem vasitəsilə fiziki şəxlər bankda hesab açmadan dünyanın istənilən ölkəsinə pul köçürmək imkanlarına malikdirlər.

"Zaminbank" sahibkarlığın kreditləşdirilməsi və ipoteka kreditlərinin verilməsi üzrə dövlət proqramlarında da aktiv iştirak edir və bu istiqamətdə Sahibkarlığa Yardım Milli Fondu və Azərbaycan İpoteka Fondu ilə əməkdaşlıq edir.

"Zaminbank" "Əmanətlərin sığortalanması haqqında" dövlət qanununa əsasən yaradılmış Əmanətlərin Sığortalanması Fondunun üzvüdür və Bankda yerləşdirilmiş əhalinin əmanətləri Fondun şərtlərinə əsasən sığortalanır.

Bankın fəaliyyətinin mühüm hissəsini müxtəlif assosiasiyalarda və qurumlarda aktiv iştirakı təşkil edir. "Zaminbank" Azərbaycan Banklar Assosiasiyasının, Azərbaycan Sahibkarlar Milli Konfederasiyasının, İqtisadi İnkişaf Nazirliyinin nəzdində Sahibkarlığa Yardım Fondunun, Bakı Banklararası Valyuta Birjasının və Kənd Təsərrüfatı Nazirliyinin yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyinin üzvüdür. "Zaminbank" eləcə də MasterCard International, VISA International və UnionCard/NCC beynəlxalq ödəniş sistemlərinin üzvüdür. Bankın mühüm prioritetlərindən biri fəaliyyət dairəsini və xidmət şəbəkəsini genişləndirməkdir.

"Zaminbank" hazırda Bakı, Sumqayıt, Gəncə, Qazax, Tovuz, Şəmkir, Ağstafa, Mingəçevir, Yevlax, Ağcabədi, Bərdə, Göyçay, Quba, İsmayıllı, İmişli, Şirvan, Biləsuvar, Səlyan, Cəlilabad, Masallı, Lənkəran və Astara şəhərlərində 57 filial və şöbədən ibarət xidmət şəbəkəsinə malikdir. Beləliklə, 21 illik fəaliyyətinin nəticəsi kimi "Zaminbank" Azərbaycanın aparıcı banklardan biri olmaqla bank sektorunda öz mövqesini daha da möhkəmləndirir.

AzNews.az
Bağla X