04:42
(077) 610-22-33

Rəsul Quliyev: “AXCP və Müsavatın mənə 52 min dollar boru var”

  • >
407 16 Noyabr 2013 21:30 | Cəmiyyət

"Mənim Müsavat və AXC-yə olan ``borcum`` ətrafında söz söhbət yaranması və irəli sürülən iddialar gülüş doğurur".

Bunu ACP lideri Rəsul Quliyev, özünün Facebook səhifəsində yazıb.

"Adətən sonradan heç bir əhəmiyyəti olmayan hadisələri unutmağa çalışıram. Bu ``borc`` məsələsinin ortaya çıxması, məni yenidən o keçmişdəki hadisələri xatırlamağa məcbur etdi. Həmin dövrdə ilk dəfə peyklə TV yayımı təşkil edə bilmişdik. Mirzə Xəzər də hər gün orada veriliş aparırdı" - yazan ACP lideri qeyd edir ki, o vaxt seçkilərdə iştirak edən bütün müxalifət nümayəndələri həmin tele-kanal vasitəsi ilə müsahibələr verirdilər: "Və türk dostum təbliğat üçün maşın hazırlamaq, yəni güclü səs yayıcıları quraşdırmaq, maşının üzərinə şüarlar yazmaq və 1 ay Azərbaycanda seçki qabağı işlətmək təşəbbüsü irəli sürdü. Bu iki layihənin məbləği dəqiq yadımda deyil, hər halda 80 min dollardan aşağı deyildi. 45 min dollar TV, 35 min dollar da maşın üçün. Xərclər 3 yerə bölünməli idi. Yəni AXC, Müsavat, ADP - hər biri 26 min dollar pul ödəməli idilər".

R.Quliyevin sözlərinə görə, AXC və Müsavat heç nə ödəmədilər: "O məşhur 8 min dolları da kimə verdiklərini açıqlasalar, çox məmnun olardım. Çünki nə mənə, nə TV-ni yaradanlara, nə də maşın təşkil edənlərə onlar heç bir qəpik də verməyiblər. Həmin o maşın da Azərbaycana gəlib çıxmadı, hökümət Qazağa yaxın Gürcüstan ərazisində maşını yandırdı".

"Tam məsuliyyətlə, hər iki partiyanın o vaxtdan 52 min dollar borcları qaldıqlarını deyirəm. Bu borclarını xahiş edirəm, "Yeni Müsavat" və "Azadlıq" qəzetlərinə ödəsinlər və azad mətbuata yardım etsinlər" - deyə eks-spiker sonda vurğulayır.

AzNews.az
Bağla X