- Köhnə - Cəmiyyət
- 17 Noyabr 2013 13:26
- 3 389
Sulutəpədə evlər sökülür - Qarşıdurma (Video)
"Bizim Yol" məlumatına görə, söküntü yerli sakinlərə qarşı zorakılıqla müşayiət olunub.
Bildirilir ki, bir müddət əvvəl yeni tikililər və yaşayış olmayan yerlər uçurdulurdusa, bu dəfə, 2012-ci ilin əvvəllərində olduğu kimi, çoxdan tikilmiş, içində yaşayış olan evlər sökülüb. Hətta bəzi evlər əşyaları çıxarılmadan uçurdulub. Kəlbəcər rayonundan məcburi köçkün olan Əliyevlər ailəsi 4 azyaşlı uşaqla çöldə qalıb… İnşa edilməkdə olan villalara əl vurulmayıb.
AzNews.az