07:55
(077) 610-22-33

Dövlət başçılarının təkbətək görüşü keçirilir- Ukraynada

  • >
2 368 18 Noyabr 2013 11:59 | Cəmiyyət

Ukraynada rəsmi səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyevin bazar ertəsi Kiyevdə rəsmi qarşılanma mərasimi keçirilib.

Ukrayna Prezidentinin rəsmi saytında verilən məlumata görə, qarşılanma mərasimində Azərbaycanın və Ukraynanın dövlət himnləri səsləndirilib.

Dövlət başçıları Fəxri qarovul dəstəsinin qarşısından keçiblər.
Mərasim iki dövlətin rəsmi nümayəndə heyətlərinin təqdimatı ilə başa çatıb.

Bundan sonra İlham Əliyevin və Viktor Yanukoviçin təkbətək görüşü başlayıb.(trend)

Bağla X