Prezidentlər dövlət mükafatlarını təqdim etdilər

Ukrayna və Azərbaycan Prezidentləri Şurasının IV iclası başa çatdıqdan sonra Ukrayna və Azərbaycan prezidentləri Viktor Yanukoviç və İlham Əliyev dövlət mükafatlarını təqdim ediblər.

Trend-in məlumatına görə, bu barədə Ukrayna Prezidentinin rəsmi saytı xəbər verir.

Viktor Yanukoviç İlham Əliyevi "Azadlıq" ordeni ilə təltif edib.

Prezident İlham Əliyev Viktor Yanukoviçi Azərbaycanın ali dövlət mükafatı - "Heydər Əliyev" ordeni ilə təltif edib.

AzNews.az