22:50
(077) 610-22-33

Toydan qaçan gəlin kənddən qovulur – Camaat mətbuata səsləndi

  • >
422 18 Noyabr 2013 17:05 | Cəmiyyət

"Toy günü polisə müraciət edərək, zorla ərə verildiyini deyən Pünhanə və onun ailəsi Avşarlı ola bilməz. Onlar Ağcabədinin Avşar kəndinə Ermənistandan köçüb".


AzNews.az-a Ağcabədinin Avşar kəndindən daxil olan məktubda belə yazılıb. 20 nəfər kənd sakininin imzaladığı məktubda qeyd edilib ki, belə bir biabırçı olaya imza atanların Avşarlı kimi təqdim edilməsi onların qüruruna toxunub. Kənd sakinləri redaksiyamıza ünvanladıqları məktubda vurğulayıb ki, Avşar kəndinin camaatı böyüyün kiçiyini yerini bilən olub. Bu kəndin insanları ağsaqqalına hörmət edib, ənənələrinə dəyər verib.

Toy qalmaqalı ilə mətbuatın gündəminə gələn ailənin avşarlı kimi təqdim edilməsinin əleyhinə çıxan kənd sakinləri mətbuata müraciət edib. Onlar Kütləvi İnformasiya Vasitələrindən xahiş ediblər ki, sözügedən ailəni Avşarlı kimi təqdim etməsinlər:

"Həmin ailə isə Avşar kəndindən ola bilməz. Odur ki, bütün Kütləvi İnformasiya Vasitələrinə üz tutaraq bildiririk ki, ailəni avşarlı kimi təqdim etməsinlər".

AzNews.az-ın məlumatına görə, kənd sakinləri həmin ailəyə qarşı çox qəzəblidirlər. Hətta bir qrup gəncin hansı yolla olur-olsun ailəni kənddən köçürəcəkləri barədə qərar qəbil etdikləri də bildirilir.

Xatırladaq ki, bu il noyabrın 3-də Ağcabədi şəhərindəki "Cavid" Şadlıq Sarayında baş tutan toy arzuolunmaz sonluqla başa çatıb. Belə ki, gəlin zorla evləndirilməsi barədə 102-yə müraciət edib. Hüquq-mühafizə orqanlarının müdaxiləsindən sonra gəlin atası evinə qaytarılıb. B.Əliyev isə artıq başqası ilə evlənib.

Ruhiyyə
AzNews.az
Bağla X