Anatoli Karpovdan təbrik məktubu


Dünya şöhrətli şahmatçı Anatoli Karpov dövlət başçısı İlham Əliyevi prezident seçilməsi münasibətilə təbrik edib.

AzNews.az-ın məlumatına görə, Rusiya Dövlət Dumasının deputatı, Beynəlxalq Sülh Fondları Assosiasiyasının prezidenti, şahmat üzrə dəfələrlə dünya çempionu Anatoli Karpovdan İlham Əliyevi təbrik edib. A. Karpov təbrikində bildirib:

"Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm. Sizin bu qələbəniz ölkənin sosial-iqtisadi inkişafına verdiyiniz töhfələrin və yüksək siyasi nüfuzunuzun təsdiqidir. Mən Sizi ölkələrimiz və xalqlarımız arasında əlaqələrin inkişafının və möhkəmlənməsinin əqidəli tərəfdarı kimi tanıyıram. Əminəm ki, iqtisadiyyat, mədəniyyət, idman sahələrində bundan sonra da birgə işləyəcəyik. Hörmətli cənab Prezident, Sizə və xalqınıza ölkənin inkişafı naminə səylərinizdə böyük uğurlar, möhkəm cansağlığı arzu edirəm".

AzNews.az