09:41
(077) 610-22-33

Ən çox ölüm gətirən xəstəliklər

  • >
447 18 Noyabr 2013 18:33 | Cəmiyyət

Dünya Səhiyyə Təşkilatı (DST) ürək-damar xəstəliklərinin geniş yayılması ilə bağlı xəbərdarlıq edib. DST-nin son açıqlamasına görə, 2030-cu ilədək dünyada ölümün ilk əsas səbəbi olan ürək-damar xəstəliklərindən, xüsusilə ürək xəstəlikləri və insultdan 23,6 milyon insan dünyasını dəyişəcək. Proqnozlara görə, bu xəstəlik ölümün başlıca səbəbi olaraq qalacaq. Bu halların əsas artım faizinin Şərqi Aralıq dənizi regionunda müşahidə ediləcəyi, ölüm hallarının çoxunun isə Cənubi-Şərqi Asiya regionda olacağı gözlənilir.
DST-nin proqnozları Azərbaycan üçün də ürəkaçan deyil. Ölkəmizdə də son illər ürək-damar xəstəliklərindən əziyyət çəkənlərin sayı artıb. DST-nin hesablamalarına görə, bu xəstəlik üzrə ölkəmiz ilk beşlikdə yer alıb.

Səhiyyə nazirinin müavini Elsever Ağayev də Modern.az-a açıqlamasında təsdiqləyib ki, Azərbaycanda ən geniş yayılan xəstəlik ürək-damar sistemi xəstəlikləridir. Nazir müavininin sözlərinə görə, qan dövranı xəstəlikləri dünya ölkələri kimi, ölkəmizdə də çoxlarının əziyyət çəkdiyi xəstəliklər sırasına daxildir.

Hətta ölüm hallarının sayına görə də ürək-damar xəstəlikləri birinci yerdə dayanır.

Sonrakı yeri isə onkoloji xəstəliklər tutur. İqlim dəyişkənliyi, təbii qidalanmama son illər şiş xəstəliklərinin sayını artırıb. Hətta bu xəstəlik cavanlaşmaya doğru gedir.

E. Ağayev onu da bildirib ki, son illər tənəffüs yolları xəstəlikləri ilə müraciətlərin də sayında artım var. Onkoloji xəstəliklərdən sonra ən çox yayılan tənəffüs yolları xəstəlikləridir. (Modern.az)
Bağla X