“Prezident təqaüdü almaqçün kitab yazmaq vacib deyil” “Prezident təqaüdü almaqçün kitab yazmaq vacib deyil”

Ədalət Əsgəroğlu: “Mənə siyahını açıqlamağa icazə vermirlər”

“Prezident təqaüdü almaqçün kitab yazmaq vacib deyil”

Yazıçılar Birliyinin mətbuat katibi Ədalət Əsgəroğlu AzNews.az-a müsahibəsində prezident mükafatının hansı şəxslərə şamıl edildiyindən danışdı:

- Ədalət müəllim, sirr deyilsə, Yazıçılar Birliyinin neçə üzvü var?

- Fəxri üzvləri də nəzəzrə alsaq, Yazıçılar Birliyinin ümumilikdə 2 minə yaxın üzvü var.

- Bu günə kimi onların neçəsi prezident mükafatı və təqaüdündən faydalanır?

- Bilirsiniz, biri var prezidentin fərdi təqaüdü, biri də var xüsusi təqaüd. Bunlar başqa-başqa mükafatlardır. Mükafat eyni zamanda başqa-başqa kateqoriyalara görə verilir. Xüsusi təqaüd prezident fondundan ayrılır. Özü də bu yaradıcılıq fəaliyyətini genişləndirilməsi üçün nəzərdə tutulur. Bu təqaüd bir il ərzində hər ay 300 manat olmaqla verilir. İl tamam olduqdan sonrs isə müntəzəm olaraq, adlar dəyişir. Amma fərdi təqaüd ədəbiyyata xidmət eləmiş, oxucu aditoriyasının hörmətini qazanmış yazıçılara verilir. Prezident təqaüdü hər adama da verilmir. Bunun üçün müəyyən titullar olmalıdır. O, ya xalq yazıçısı, ya əməkdar incəsənət xadimi, ya da şöhrət ordeni ilə təltif olunan şəxslərə şamil edilir. Belə şəxslərdən bəzilərinin adını çəkə də bilərəm. Xalq yazıçısı Anar, Fikrət Qoca, Vaqif Səmədoğlu, Gülhüseyin Hüseyinoğlu, Zəimxan Yaqub, Xeyrəddin Qoca, Fikrət Sadıq, İsa Hüseyinov və.s. Bundan başqa dünyasını dəyişmiş Balaş Azəroğlu da fərdi mükafatla təltif olunmuşdu.

- Bəs, gənclərdən prezident mükafatına kimlər şamil olunub?

- Nə az, nə çox hardasa 20 nəfər.

- Prezident mükafatının verilməsi üçün Yazıçılar Birliyi əsas amil kimi nəyi, hansı katiqoriyaları götürür?

- Əsas odur ki, yazarlarda müəyyən istedad görsənsin. Məsələn, onların az da olsa yazmaq qabiliyyəti olmalıdır. Bilmək olmur ki, filan gəncin yazmağa, ədəbiyyata nəfəsi çatacaq, ya yox. Çox az-az adamlarda görsənir ki, bu gələcəkdə ədəbiyyat adamı olacaq. 1945-ci ildə ədəbiyyatda 150-yə qədər gənc olub. Onların arasından müəyyən adamlar seçildi, şair, yazıçı oldular. Məsələn, Hüseyin Arif, Bəxtiyar Vahabzadə, Nəriman Həsənzada, hərə öz təyinatı üzrə işlədi. Amma bu gün 20 nəfərin arasından gələcəkdə 7-si çıxacaqsa, gözəl göstəricidir.

- Dediyiniz 20 nəfərin arasında hər hansı bir əsəri, şeirlər kitabı işıq üzü görəni var?

- Vacib deyil ki, onların əsəri, kitabı çıxsın. Onların kitabı da olmaya bilər. Əsas odur ki, onlar mətbuatda görsənirlər və ədəbiyyatda "mən də varam" deyirlər. Elə gənc var ki, kitabı yoxdur. Amma nə olsun, çəmiyyətdə ki, aktivdir. Amma bu gün bütün gənclər kitab çıxarmağa tələsir. Kitabı çıxan gənclərin əksəriyyəti yazmaqda davam edir. Ədəbiyyatda önəm verən başqa bir göstərici var. Yazar eyni zamanda çəmiyyətdə tanınmalı və ictimai mühütdə diqqət mərkəzində olmalıdır. İctimaiyyətin diqqətini cəlb eləmək hər şairə nəsib olan iş deyil. Bu cür insanlar ədəbi ünvanda yeriməkdə davam edir. Bu gün ictimaiyyətin diqqətini cəlb eləmək cətin məsələdir.

- Deyirsiniz ki, yazar cəmiyyətdə tanınmalı və ictimaiyyətin diqqət mərkəzində olmalıdır. Prezident mükafatı ilə təltif olunan 20 nəfər gəncin arasında istər ədəbi mühütdə, istərsə də cəmiyyətdə tanınanları varmı?

- İstedadlı uşaqlar var. Hiss edirsən ki, onlar gələcəkdə nəsə edə biləcək . Onlardan Ülvü Məhəmmədoğlu, Günel Rüstəmli, Şəbnəm İsmayılova və başqalarının adını çəkə bilərəm. Amma o siyahını tam açmağa bizə icazə yoxdur. Bunu Mədəniyyət və Turizm Nazirliyi açıqlamalıdır. Bu gənclər daima AYB-ə gəlib-gedirlər, qaynayıb-qarışırlar. Cavanlar yetişir. Kimsə nəsə edə bilmirsə, bunda biz günahkar deyilik. Ədəbiyyat qatma-qarışıq bir meydandır.

- Qatma-qarışıqlıqların kökündə narazılıqlar dayanır?

- Biz buna öyrəşmişik. Ədəbiyyat bir az şöhrət, bir az da rəqabət meydanıdır. Kimisə qiymətləndirəndə bir başqası narahat olur. İstəmirəm ki, yazarlar arasında paxıllıq yüksək dərəcədə olsun. Mükafatı niyə o, alır? Niyə Allah ona istedad verib? Niyə onun ağılı yoxdur? Beş barmağın beşi də bir deyil ki…

- Bu saat mətbuatın diqqətində bir məsələ var: ayda dövlətdən 200 manat alan gənclər ədəbiyyata hansı yeniliklər gətirib?

- Biz onu əsas amil kimi götürmürük. Əsas amil o, gənclərin az-çox mətbuatda görsənməsi və Yazıçılar Birliyinin üzvü olmasıdır. Yazıçılar Birliyinin üzvü olmadan bu mükafatı almaq olmaz. Çünki prezidentin sərəncamı Yazıçılar Birliyinin üzvlərinə şamil edilib. Əgər hansısa gənc birliyin üzvü deyilsə, kənarda danışırsa, ona biz neynəyək? Zəhmət çəksin, çalışsın-vuruşsun birliyin üzvü olsun. Heç kəs pul verib bu mükafatı aparmır.

Lalə
AzNws.az