- Köhnə - Cəmiyyət
- 19 Noyabr 2013 20:03
- 3 770
Nobel Fondunun sədri İlham Əliyevi təbrik etdi
AzNews.az xəbər verir ki, təbrikdə deyilir:
Azərbaycan Respublikasının Prezidenti seçkilərində qazandığınız inamlı qələbə münasibətilə Sizi səmimi qəlbdən təbrik edirik. Bütün Nobel ailəsinin adından Sizə uğurlar diləyirik.
Zati-aliləri, Sizin güclü rəhbərliyiniz, Azərbaycanı demokratiyaya və inkişafa doğru irəlilətmək səyləriniz yüksək qiymətləndirilməlidir. Dünya ictimaiyyəti, liderlər, xalqlar Azərbaycan, onun şanlı keçmişi və Sizin ali rəhbərliyinizlə möhtəşəm gələcəyi haqqında daha çox məlumatlı olmalıdır. Bütün bunlarla yanaşı, Azərbaycanda həyata keçirilən Nobel layihələrinə göstərdiyiniz dəstəyə görə Sizə bir daha təşəkkür edirik.
Dərin hörmət və ehtiramla, Qustaf Nobel
Nobel Davamlı İnkişaf Fondunun sədri və qəyyumu Piter Nobel
Nobel Davamlı İnkişaf Fondunun sədr müavini Toğrul Bağırov
Bakı Nobel İrsi Fondunun sədri Filip Nobel
Beynəlxalq Nobel Qardaşlıq Fondunun təsisçisi və prezidenti
AzNews.az