Yeni nazir general Aydəmirovu da yola saldı – Özəl

Müdafiə Nazirliyi Baş Qərargah rəisinin müavini, təşkilat-səfərbərlik idarəsinin rəisi, general-leytenant Yaşar Aydəmirov məzuniyyətə göndərilib.

AzNews.az-ın məlumatına görə, general illik məzuniyyət planına uyğun deyil, vəzifədən uzaqlaşdırılması niyyəti ilə "istirahət"ə göndərilib. Belə ki, onun məzuniyyətdən qayıdandan sonra istefaya göndəriləcəyi bildirilir. Mənbənin bildirdiyinə görə, onun vəzifəsinin icrası icrası hələlik İdarənin rəis müavini Hikmət Xalıqova tapşırılıb.

Y. Aydəmirovun "vurulması"nın ehtimallarından biri də, onun təşəbbüsü ilə bu ilin yanvarında bir qrup hərbi qulluqçunun imzası ilə Səfər Əbiyevi dəstəkləyən bəyanat imzalanıb. Hətta Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirmişdilər ki, bəyanata 10 mindən artıq hərbiçi qoşulub.

Qeyd edək ki, Yaşar Aydəmirovun isdən çıxarılması barədə məlumat bir müddət əvvəl yayılmışdı. Lakın həmin məlumatlar təsdiqlənməmişdi.

Azər
AzNews.az

image description