Bu il müsabiqədən keçə bilməyən müəllimlərə Şad xəbər

Təhsil Nazirliyi ümumtəhsil məktəblərində vakant olan yerlərə müəllimlərin işə qəbulu üzrə yeni müsabiqə elan edir.


AzNews.az Təhsil nazirliyinin saytına istinadən xəbər verir ki, müsabiqədə 2013-2014-cü tədris ilində müəllimlərin işə qəbulu üzrə müsabiqədə keçid balını toplamış, lakin işə qəbul olunmamış şəxslər iştirak edə bilərlər.

Müvafiq namizədlər 22-26 noyabr 2013-cü il tarixlərində Təhsil Nazirliyinin internet saytının (www.edu.gov.az) "Müəllimlərin işə qəbulu" bannerindən "Şəxsi səhifə"yə daxil olaraq (kod və parol vasitəsilə) uyğun ixtisas üzrə təklif olunan vakant yerlərdən ən çoxu 4-nü seçə və təsdiqləyə bilərlər.

Vakant yerlərin seçimi 26 noyabr 2013-cü il tarixdə saat 18:00-da başa çatacaq, yerləşdirmə aparılacaq və nəticəsi dərhal hər bir namizədin "Şəxsi səhifə"sinə göndəriləcək.

Vakant yer tutan namizədlər "Şəxsi səhifə"də göstərilən vaxtda və yerdə müsahibədən keçdikdən sonra onların işə qəbulu barədə qərar qəbul ediləcək.

AzNews.az