14:58
(077) 610-22-33

Ədliyyə naziri: “Vərəmdən ölüm halları 38 dəfədəyək azalıb“

  • >
1 043 21 Noyabr 2013 11:54 | Cəmiyyət

Azərbaycanın penitensiar müəssisələrində vərəmdən ölüm halları 38 dəfədəyək azalıb. Trend-in məlumatına görə, bunu ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov "Respublika" qəzetinə verdiyi müsahibəsində bildirib.

Ədliyyə naziri qeyd edib ki, Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) ilə səmərəli əməkdaşlıq nəticəsində vərəm xəstəliyinə düçar olmuş məhkumlar üçün xüsusi yaradılmış İxtisaslaşdırılmış Müalicə Müəssisəsində müasir avadanlıqlarla təchiz edilmiş laboratoriya və yeni müalicə korpusları istifadəyə verilib.

Vərəm xəstəliyinin dəqiq diaqnozunu 3 aydan sonra deyil, bundan 1000 dəfə tez - 1 saat 40 dəqiqə ərzində müəyyən etməyə imkan verən yeni ekspress-testin dünyada ilk dəfə olaraq penitensiar müəssisələrdə Azərbaycanda tətbiqinə başlanılıb:

"Bunun nəticəsidir ki, vərəmdən ölüm halları 38 dəfədəyək, ümumilikdə penitensiar müəssisələrdə xəstəlikdən ölüm halları 12 dəfə azalıb. Artıq ölkəmizin bu sahədə nailiyyətləri beynəlxalq aləmdə təqdir olunur. BQXK Azərbaycanın bu müsbət təcrübəsini örnək kimi digər dövlətlərə tövsiyə edib".

Fikrət Məmmədovun sözlərinə görə, bununla əlaqədar Böyük Britaniya, Moldova, Ukrayna, Gürcüstan, Filippin, İraq və Mərkəzi Asiya ölkələri, habelə Almaniya, İsveçrə və İngiltərənin, tibb üzrə ixtisaslaşmış QHT-ləri bu nailiyyətlərə böyük maraq göstərərək geniş nümayəndə heyətlərini Azəbaycana göndərib və buradakı təcrübə ilə tanış olublar.

AzNews.az
Bağla X