19:37
(077) 610-22-33

Azərbaycan və Belarus arasında bir neçə sənəd imzalandı

  • >
771 21 Noyabr 2013 15:11 | Cəmiyyət

Noyabrın 21-də Azərbaycan prezidenti İlham Əliyevin və Belarus prezidenti Aleksandr Lukaşenkonun nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü başa çatdıqdan sonra Azərbaycan-Belarus sənədlərinin imzalanması mərasimi olub.

Öncə İ. Əliyev və A. Lukaşenko "Azərbaycan Respublikası Prezidentinin və Belarus Respublikası Prezidentinin Birgə Bəyannaməsi"ni imzalayıblar.

"Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Belarus Respublikasının Təhsil Nazirliyi arasında Azərbaycan Respublikası ərazisində yeni təhsil müəssisələrinin yaradılması haqqında Protokol"u Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov və Belarusun təhsil naziri Sergey Maskeviç, "Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Belarus Respublikasının Xarici İşlər Nazirliyi arasında Məsləhətləşmələr Planı"nı Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Belarusun xarici işlər naziri Vladimir Makey, "Azərbaycan Respublikası Hökuməti və Belarus Respublikası Hökuməti arasında standartlaşdırma, metrologiya və sertifikasiya sahəsində əməkdaşlıq haqqında Sazişə dəyişikliklər edilməsi barədə Protokol"u Azərbaycanın Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov və Belarusun xarici işlər naziri Vladimir Makey, "Azərbaycan Respublikası Hökuməti və Belarus Respublikası hökuməti arasında pensiya təminatı sahəsində əməkdaşlıq haqqında Saziş"i Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov və Belarusun xarici işlər naziri Vladimir Makey, "Azərbaycan Respublikası Hökuməti və Belarus Respublikası Hökuməti arasında vergi qanunvericiliyinə əməl edilməsi məsələləri üzrə əməkdaşlıq və qarşılıqlı yardım haqqında 5 noyabr 2004-cü il tarixli Sazişə əlavələr və dəyişikliklər edilməsi haqqında Protokol"u Azərbaycanın vergilər naziri Fazil Məmmədov və Belarusun vergilər naziri Vladimir Poluyan imzalayıblar.

A. Lukaşenkonun rəsmi səfəri çərçivəsində iki ölkə arasında daha beş sənəd imzalanıb.

"Azərbaycan Respublikası Şamaxı Rayon İcra Hakimiyyəti və Belarus Respublikası Qrodno vilayətinin Oşmyanski Rayon İcra Komitəsi arasında əməkdaşlıq haqqında Saziş"i Azərbaycanın Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev və Belarusun Azərbaycandakı səfiri Nikolay Patskeviç, "Gəncə şəhəri və Qomel şəhəri arasında əməkdaşlıq haqqında Saziş"i Azərbaycanın Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev və Belarusun Azərbaycandakı səfiri Nikolay Patskeviç, "Azərbaycan Respublikasının Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidməti və Belarus Respublikasının Dövlət Nəzarəti Komitəsinin Maliyyə Monitorinqi Departamenti arasında cinayət yolu ilə əldə edilmiş pul vəsaitləri və digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində əməkdaşlığa dair Saziş"i Azərbaycanın Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidmətinin rəhbəri Adışirin Qasımov və Belarusun Azərbaycandakı səfiri Nikolay Patskeviç, "Azərbaycan Diplomatik Akademiyası və Belarus Yüksək Texnologiyalar Parkı arasında əməkdaşlıq haqqında Saziş"i Azərbaycan Diplomatik Akademiyasının rektoru Hafiz Paşayev və Belarusun Yüksək Texnologiyalar Parkı Administrasiyası Dövlət qurumunun direktoru Valeri Tsepkalo, "Azərbaycan Diplomatik Akademiyası və Belarus Dövlət Universiteti arasında əməkdaşlıq haqqında Saziş"i isə Azərbaycan Diplomatik Akademiyasının rektoru Hafiz Paşayev və Belarusun təhsil naziri Sergey Maskeviç imzalayıblar.

Sənədlərin imzalanması mərasimindən sonra Azərbaycan və Belarus prezidentləri mətbuata bəyanatla çıxış ediblər.


AzNews.az
Bağla X