Hava şəraitinin əsasən az buludlu, yağmursuz keçəcəyi gözlənilir Hava şəraitinin əsasən az buludlu, yağmursuz keçəcəyi gözlənilir

Sabah 38 dərəcə isti olacaq

Hava şəraitinin əsasən az buludlu, yağmursuz keçəcəyi gözlənilir


Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən AzNews.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında avqustun 9-da Şimal-qərb küləyi gündüz şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 24-26, gündüz 36-38 dərəcə isti təşkil edəcək.

Abşeronun çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 26-27, Buzovna, Mərdəkan, Şüvəlanda 27-28, Türkan, Hövsan, Şıx, Sahildə 29-30 dərəcə isti olacaq.

Rayonlarda hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir, lakin axşam və gecə bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 21-26, gündüz 35-40, dağlarda gecə 13-18, gündüz 25-30 dərəcə isti olacaq.

Hava şəraitinin qısa icmalı: Yaxın 2 gündə hava şəraitində mühüm dəyişiklik gözlənilmir, hava əsasən yağmursuz keçəcək. Mülayim şimal küləyi üstünlük təşkil edəcək.


Mirvari Nəcəf

AzNews.az