BMT Azərbaycanda qadınların vəziyyətini araşdıracaq


BMT-nin insan hüquqları üzrə eksperti Raşida Mancu Azərbaycana səfər edəcək.


BMT-nin İctimai İnformasiya Departamentinin Azərbaycandakı Ofisindən AzNews.az-a verilən məlumata görə, noyabrın 25-də reallaşacaq səfər əsas məqsədi qadınlara qarşı zorakılıq halları ilə bağlı vəziyyəti müşahidə etmək və ümumi vəziyyəti əks etdirən hesabat hazırlamaqdır.

On gün davam edəcək səfər müddətində xanım Mancu Bakı, Xaçmaz, Gəncə, Lənkəran və Sumqayıt şəhərlərində hökumət nümayəndələri ilə görüşəcək. O, həmçinin vətəndaş cəmiyyəti və xidmət təminatçılarının təmsilçiləri ilə də bir araya gələcək.

Dekabrın 5-də xüsusi məruzəçi səfərin ilkin nəticələrini ictimaiyyətə açıqlamaq üçün mətbuat konfransı keçirəcək.

Məhəmməd
AzNews.az