"Rəsədxana yaxınlığında tikintiyə qadağa qoyulsun" "Rəsədxana yaxınlığında tikintiyə qadağa qoyulsun"

Akif Əlizadə Prezident Administrasiyasına müraciət etdi

"Rəsədxana yaxınlığında tikintiyə qadağa qoyulsun"




Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Akif Əlizadə Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası yaxınlığında binaların tikintisinə qadağa qoyulması üçün Prezident Administrasiyasına müraciət edib.

APA-nın məlumatına görə, Akif Əlizadə bu gün keçirdiyi mətbuat konfransında bildirib ki, rəsədxana gecə çalışır və binaların işıqları müşahidəyə mane olur.

O, bu kimi hallar aradan qaldırılmalı olduğunu vurğulayıb: "İnanıram ki, Prezident Administrasiyasında bizim narahatlığımıza reaksiya veriləcək. Mətbuatın da bu məsələni diqqət mərkəzində saxlamağa çağırıram".

AzNews.az