Şeyx İran sərhədində yaranmış vəziyyəti müzakirə edəcək

Bu gün Bakıda Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadənin vasitəçiliyi ilə İran-Azərbaycan arasındakı son vəziyyət müzakirə olunacaq.

AzNews.az-ın xəbərinə görə, müzakirələrdə əsas diqqət İran-Azərbaycan arasında sərhəd-keçid məntəqələrindəki vəziyyətə yönəldiləcək. Bu məqsədlə QMİ sədrinin dəvəti ilə İrandan müxtəlif səviyyəli nümayəndə heyəti Bakıya gəlib. Nümayəndə heyətinin tərkibinə İran parlamentinin üzvləri, tanınmış din xadimləri, dövlət və hökumət rəsmləri daxildir. Görüş A.Paşazadənin yeni nəşrdən çıxmış kitabının təqdimatı çərçivəsində reallaşacaq.

Polad
AzNews.az