Xaraxoba kəndinin adı dəyişdirildi


Bu gün Milli Məclisin plenar iclasında "Xaçmaz rayonunun Xaraxoba kəndinin Palıdlı kəndi adlandırılması haqqında" qanun layihəsi müzakirəyə çıxarılıb.

Parlamentin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə bildirib ki, bu ərazi Samur çayının sahilində yerləşir və ətrafı palıd meşəliyi ilə əhatə olunub.

Onun sözlərinə görə, orada yaşayan sakinlər Xaraxoba sözünün mənasını bilmədiklərindən bu kəndin adının dəyişdirilməsini təklif ediblər və bununla bağlı sənədlər hazırlanaraq müvafiq qurumlara göndərilib. O deyib ki, kənd sakinləri həmin əraziyə Palıdlı adının verilməsini istəyiblər:

"Həmin ərazilərdə vaxtı ilə ruslar məskunlaşmışdı, 2 il bundan əvvəl onlar oradan köçürüldülər. Bu proses Rusiya və Azərbaycanın razılaşması əsasında həyata keçirilib".

Sonra Milli Məclis Xaçmaz rayonunun Xaraxoba kəndinin Palıdlı kəndi adlandırılması haqqında təklif oluna qanun layihəsini təsdiq edib.

Məhəmməd
AzNews.az