16:13
(077) 610-22-33

AŞPA-da prezident seçkilərinə dair hesabat təsdiqləndi

  • >
645 22 Noyabr 2013 14:49 | Cəmiyyət

Bu gün Avropa Şurası Parlament Assambleyası (AŞPA) Bürosunun Vyanada keçirilmiş Daimi Komitəsinin toplantısında Azərbaycanda keçirilmiş prezident seçkilərinə dair hesabat müzakirə edilərək təsdiqlənib.

APA xəbər verir ki, ingiltərəli deputat Robert Valterin hazırladığı "Azərbaycanda prezident seçkilərinin müşahidəsi (9 oktyabr 2013)" adlı hesabatın müzakirələrində sənədin müəllifi çıxış edərək seçkiləri müşahidə etmiş bir çox parlamentar və beynəlxalq müşahidə missiyalarının bu seçkiləri Azərbaycan xalqının iradəsinin ifadə olunması kimi gördüklərini bildirib:

"Beynəlxalq müşahidə missiyalarının birgə mövqe nümayiş etdirə bilməməsi məni çox məyus etdi. Amma əslində ATƏT-in Demokratiya və İnsan Haqları Bürosunun digər təşkilatlardan fərqli mövqe göstərməsi çoxdanın problemidir.

Hətta bu qurum AŞPA-nın müşahidəçi missiyasına da təzyiqlər edərək, onun mövqeyindən çıxış etməyə vadar etmək istəyirdi. Mənim DİHB ilə bağlı əsas narahatlığım ondan ibarətdir ki, bu qurum yalnız və yalnız mənfi məqamları əks etdirməyə çalışır. Bu isə düzgün mövqe deyil, məsələnin bir çox tərəfləri nəzərə alınmalıdır.

Məsələn, ATƏT-in Parlament Assambleyası və Mişel Vuazen bizim mövqeyimizi dəstəklədi. Bundan başqa, deməliyəm ki, seçkilərdən öncə namizədlərin televiziya kampaniyasına iradlarımızı da bildirmişdik, seçkilər vaxtı baş verən nöqsanları da hesabatımıza daxil etmişik və təbii ki, bu ölkədə müəyyən problemlər qalmaqdadır. Seçki günündə müşahidəçilərimiz bəzi problem və çatışmazlıqları qeydə almışdılar.

Bununla belə, bu nöqsanlar olsa da, ümumilikdə Mərkəzi Seçki Komissiyası seçkini səmərəli təşkil etmişdi. Mən AŞPA-nın müşahidə missiyasına rəhbərlik etməyə özüm razılıq vermişəm. Bəzi həmkarlarım mənim fikirlərimi qəbul etməsələr də, deməliyəm ki, mən bu işimdə maksimum şəkildə qərəzsiz və obyektiv olmağa çalışmışam. Onu deyə bilərəm ki, Azərbaycanda demokratik proseslər hələ davam etdirilməlidir və bu istiqamətdə işlərimizi davam etdirməliyik. Seçkilərin nəticəsi onu göstərdi ki, İlham Əliyev xalqın 85% səsini qazanıb. O, Azərbaycanın legitim prezidentidir və bu fakt şəksizdir".

AzNews.az
Bağla X