21:25
(077) 610-22-33

Sədr Bakıdakı məscidin partladılmasından danışdı

  • >
585 25 Noyabr 2013 11:27 | Cəmiyyət

"Bakı şəhəri Yasamal rayonundakı "Məşədi Dadaş" məscidinin partladılmasına, o cümlədən məscidin axundu Şahin Həsənova qarşı sui-qəsdə cəhdlə bağlı hələlik istintaq gedir. İstintaqın davamını gözləməliyik. Ümumilikdə, bu, çox xoşagəlməz haldır "

Bunu jurnalistlərə açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov deyib.

E.İskəndərov bildirib ki, təkfirçi, hər hansı zorakılığı hüquqi sayan düşüncə tolerantlıq modelinə qarşı, eyni zamanda, Azərbaycanda mövcud olan müsbət tendesiyalara qarşı böyük təhlükədir. Bu təhlükə dünyada da öz təzahürünü tapır: "Ona görə də istər ideoloji müstəvidə, istərsə də maarifləndirmə sahəsində bu istiqamətdə bütün qabaqlayıcı tədbirlər həyata keçirilməlidir ki, belə xoşagəlməz hallar Azərbaycanda kök sala bilməsin".

Azərbaycanda radikal dini cərəyanların fəaliyyətinin qadağan edilməsi barədə səslənən fikirlərə də münasibət bildirən E.İskəndərov qeyd edib ki, belə bir mexanizm Azərbaycanda mövcuddur: "Radikal mövqedə duran və yaxud da dini, milli və irqi zəmində aşağılayıcı dünyagörüşü yayan cərəyanlar dövlət qeydiyyatına alınmır. Dövlət qeydiyyatında olmayan dini icmaların fəaliyyəti isə mümkün deyil".

AzNews.az
Bağla X