13:26
(077) 610-22-33

Bakıda beynəlxalq konfrans keçiriləcək – Qərar

  • >
756 25 Noyabr 2013 12:25 | Cəmiyyət

Strateji Araşdırmalar Mərkəzi (SAM) və AMEA-nın Həsən Əliyev adına Coğrafiya İnstitutu "Ermənistan Respublikasının hidroterror və hidrodiversiya aktları regional təhlükəsizliyə təhdid kimi" mövzusunda elmi-praktiki konfrans keçirib.

SAM mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, konfransın həmsədrləri SAM-ın direktoru Fərhad Məmmədov və Həsən Əliyev adına Coğrafiya İnstitutunun direktoru Ramiz Məmmədov olub.

Tədbiri SAM-ın direktoru Fərhad Məmmədov və AMEA Yer elmləri bölməsinin akademik-katibi, AMEA-nın müxbir üzvü Fəxrəddin Qədirov giriş sözü ilə açıblar.

Sonra İnstitutunun direktoru Ramiz Məmmədov "Regional münaqişələrin yaranmasında su amili", Milli Məclisin deputatı Rövşən Rzayev "Ermənistanın işğal etdiyi ərazilərdə mümkün hidrodiversiya aktları və onların qarşısının alınması yolları", AMEA-ın müxbir üzvü, professor, Radiasiya Problemləri İnsitutunun direktoru Adil Qəribov "NATO və TACİS proqramları çərçivəsində Kür və Araz çaylarının ekoloji vəziyyəti ilə bağlı Cənubi Qafqaz dövlətlərinin birgə layihələrin nəticələri", hüquq elmləri doktoru, professor (BDU) Kamil Səlimov "Ermənistanın Azərbaycana qarşı hidrodiversiya aktlarının beynəlxalq hüquq müstəvisinə çıxarılması", SAM-ın elmi işçisi Araz Qurbanov "Su ehtiyatlarına dair qlobal və regional proseslərdə Azərbaycan Respublikasının mövqeyi və milli hidrostrateji imkanları. Proqnozlar, perspektivlər", SAM-ın elmi işçisi Azad Qəribov "Mərkəzi Asiyadakı hidromünaqişələrdə geosiyasi və geoiqtisadi maraqlar", Coğrafiya İnstitutu, coğrafiya elmləri doktoru Rəna Qaşqay "Qonşu dövlətlərin Araz və Kür çayları üzərində razılaşdırılmamış hidrotexniki qurğuların tikintisi planları regional əməkdaşlığa və regionun ekologiyasına təhdid kimi" mövzularında məruzələr ediblər.

Konfransın yekununda müzakirə olunan mövzu ilə bağlı 2014-cü ildə Bakıda beynəlxalq konfransın keçirilməsi haqqında qərar qəbul edilib.

AzNews.az
Bağla X