12:11
(077) 610-22-33

Alternativ və bərpa olunan enerji mənbələrindən istifadəyə dair sərəncam yeniləndi

  • >
1 718 25 Noyabr 2013 21:56 | Cəmiyyət

"2012-2020-ci illər üçün Azərbaycan Respublikasında alternativ və bərpa olunan enerji mənbələrindən istifadəyə dair Dövlət Strategiyasının hazırlanması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 29 dekabr tarixli 1958 nömrəli Sərəncamında dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Prezidenti İlham Əliyev sərəncam imzalayıb.

AzNews.az - ın Azər Tac - a istinadən xəbərinə görə sərəncamda deyilir ki, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, "2012-2020-ci illər üçün Azərbaycan Respublikasında alternativ və bərpa olunan enerji mənbələrindən istifadəyə dair Dövlət Strategiyasının hazırlanması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 29 dekabr tarixli 1958 nömrəli Sərəncamını "Alternativ və bərpa olunan enerji sahəsində əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 1 fevral tarixli 810 nömrəli Fərmanına uyğunlaşdırmaq məqsədi ilə qərara alıram:
"2012-2020-ci illər üçün Azərbaycan Respublikasında alternativ və bərpa olunan enerji mənbələrindən istifadəyə dair Dövlət Strategiyasının hazırlanması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 29 dekabr tarixli 1958 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 12, maddə 1237; 2012, № 12, maddə 1314) 1-ci hissəsində "Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Şirkəti" sözləri "Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi" sözləri ilə əvəz edilsin.

AzNews.az
Bağla X