- Köhnə - Cəmiyyət
- 26 Noyabr 2013 16:03
- 2 016
Elmar Məmmədyarov əfqan həmkarı ilə görüşdü
Azərbaycan XİN-in mətbuat xidmətindən verilən məlumata görə, görüş zamanı nazirlər tərəfindən ikitərəfli əlaqələrin inkişafından məmnunluq ifadə olunub.
E.Məmmədyarov iki ölkə arasında bir çox sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialın mövcud olduğunu qeyd edərək, Azərbaycanın təşəbbüsü ilə regionda həyata keçirilən layihələr barədə məlumat verib.
Əfqanıstanın xarici işlər naziri Z.Ə.Osmani ölkəsinin Azərbaycan ilə əməkdaşlığa böyük əhəmiyyət verdiyini deyərək, bütün sahələrdə Azərbaycan ilə əlaqələrin daha da inkişaf etdirilməsində maraqlı olduqlarını vurğulayıb.
Görüş əsnasında qarşılıqlı maraq doğuran məsələlər və regional əməkdaşlığın inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb.
AzNews.az