BMT-nin baş katibi İlham Əliyevi təbrik etdi


BMT-nin baş katibi Pan Gi Mun İlham Əliyevi Azərbaycan prezidenti seçilməsi münasibətilə təbrik edib.

AzNews.az-ın məlumatına görə, təbrikdə bildirilib:

"Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi təbrik edir, ən xoş arzularımı çatdırıram. Əminəm ki, qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığımız həm birbaşa BMT, həm də təşkilatın Azərbaycandakı nümayəndəliyi ilə gələcəkdə də davam etdiriləcəkdir. Mən Azərbaycanın BMT-nin dəyər və prinsiplərinə sədaqətinə güvənirəm. Bu ilin oktyabr ayında Təhlükəsizlik Şurasının sədri kimi səmərəli fəaliyyətinə görə Azərbaycana təşəkkür edir və Birləşmiş Millətlər Təşkilatı ilə birgə sülh, təhlükəsizlik və davamlı inkişaf sahəsində qlobal çağırışların həllinə vacib töhfələrinizi yüksək qiymətləndirirəm. Zati-aliləri, dərin ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

AzNews.az