Həkimlər ixtisasartırmaya göndərilir


Səhiyyə Nazirliyinin mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, gənc tibb mütəxəssisləri Almaniyanın aparıcı klinikalarına ixtisasartırma kurslarına göndəriləcək.Bu məqsədlə də kardiologiya, cərrahiyyə, anesteziologiya və intensiv terapiya, qastroenterologiya, travmatologiya və ortopediya, urologiya və uşaq urologiyası, neonatologiya və pediatriya, vizual diaqnostika, mama-ginekologiya və psixiatriya ixtisasları üzrə ixtisasartırma kursları təşkil olunacaq.

Ən azı 3 il iş stajı olan və xarici dilləri (ingilis, alman, türk və rus) səlis bilən mütəxəssislər (Bakı şəhəri üzrə) sentyabrın 9-dək Səhiyyə Nazirliyinə müraciət etməklə kurslara yazıla bilərlər. Qeyd edək ki, bu layihə Azərbaycan Prezidenti İlham Əliyevin 19 oktyabr 2006-cı il tarixli Sərəncamı ilə təsdiqlənmiş "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində həyata keçirilir.


Mirvari Nəcəf

AzNews.az