Sabir Rüstəmxanlı: "Çöhrəqanlı hazırda ABŞ-dadır və hər hansı ciddi problemi yoxdur" Sabir Rüstəmxanlı: "Çöhrəqanlı hazırda ABŞ-dadır və hər hansı ciddi problemi yoxdur"

“Mahmudəli Çöhrəqanlı həbs olunmayıb“

Sabir Rüstəmxanlı: "Çöhrəqanlı hazırda ABŞ-dadır və hər hansı ciddi problemi yoxdur"


"Mahmudəli Çöhrəqanlının həbs olunması haqda məlumat həqiqətə uyğun deyil". Bu açıqlamanı APA-ya Dünya Azərbaycanlıları Konqresinin (DAK) həmsədri Sabir Rüstəmxanlı verib. S. Rüstəmxanlı deyib ki, M. Çöhrəqanlı hazırda ABŞ-dadır və hər hansı ciddi problemi yoxdur: "Əgər belə bir fakt olsaydı, yəni Mahmudəli bəy həbs olunsaydı, bizim məlumatımız olardı. Bizə isə belə bir məlumat daxil olmayıb".

Qeyd edək ki, Güney Azərbaycan Milli Oyanış Hərəkatının (GAMOH) lideri, DAK İdarə Heyətinin üzvü Mahmudəli Çöhrəqanlının həbsi ilə bağlı məlumatlar sosial şəbəkələrdə və bəzi xəbər portallarında yayılıb.


AzNews.az