Məleykə Abbaszadə ilə görüşmək istəyənlərin nəzərinə

Dekabrın 6-da Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə Şəki şəhərində vətəndaşları qəbul edəcək.

AzNews.az Komitənin saytına istinadən xəbər verir ki, qəbul Qəbələ, Oğuz, Şəki, Qax, Zaqatala və Balakən rayon sakinləri üçün Şəki şəhərində dekabrın 6-da Şəki Olimpiya İdman Kompleksində (Şəki şəhəri, Salman Mümtaz küçəsi 1) keçiriləcək.

Qəbula gəlmək istəyən vətəndaşların Komissiyanın internet saytına daxil olaraq elektron müraciət formasını doldurmaqla qeydiyyatdan keçmələri (www.tqdk.gov.az/SedrinQebulu) və ya TQDK-nın Şəki regional bölməsinə müraciət etmələri (əlaqə telefonu: 024 244 66 14) xahiş olunur.

TQDK-nın Şəki regional bölməsinin əməkdaşları aşağıda qeyd olunan qrafik üzrə saat 10:00-dan 17:00-dək müvafiq rayonların təhsil şöbələrində vətəndaşları qəbula qeydiyyata alacaqlar:

Oğuz rayonu üzrə – 2 dekabr 2013-cü il;

Qax rayonu üzrə – 2 dekabr 2013-cü il;

Qəbələ rayonu üzrə – 3 dekabr 2013-cü il;

Zaqatala rayonu üzrə – 3 dekabr 2013-cü il;

Balakən rayonu üzrə – 4 dekabr 2013-cü il.

Qeyd: Qəbula gələn vətəndaşlar şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.

AzNews.az