- Köhnə - Cəmiyyət
- 28 Noyabr 2013 16:30
- 1 628
Azərbaycanın Silahlı Qüvvələrində “NATO Günləri“
AzNews.az Müdafiə Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, NATO-nun Hərbi Əməkdaşlıq idarəsinin Hazırlıq və İcra şöbəsinin Qrup koordinatoru polkovnik Yusuf Bayazitin (Türkiyə Silahlı Qüvvələri) rəhbərlik etdiyi tədbirin məqsədi Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi təhsil müəssisələrində müəllim və komandanlıq heyətinə, kursantlara və dinləyicilərə Şimali Atlantika bloku haqqında ətraflı məlumatı çatdırmaq olub.
Tədbir müddətində iştirakçılara NATO-nun strukturu, yaranma tarixi, məqsədi, siyasəti və strategiyası, onun yeni strateji konsepsiyası, transformasiya prosesi və islahatlar, tərəfdaşlıq münasibətləri, NATO-nun rəhbərliyi altında keçirilən sülhməramlı və böhranlara cavab vermə əməliyyatları haqqında təqdimatlar verilib və dəyirmi masa müzakirələri aparılıb.
AzNews.az