Viza Anlaşması: Qazancımız nə olacaq?

Bü gün Vilniusda Azərbaycan ilə Avropa Birliyi arasında "Viza Sadələşdirilməsi və Riadmisiya" ilə anlaşma imzalandı.

Sənədə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov, AB tərəfindən isə Litva xarici işlər naziri Linas Linkyaviçyus ilə AB-nin genişlənmə və Avropa qonşuluq siyasəti üzrə komissarı Ştefan Füle imza atdılar.

Azərbayca üçün tarixi əhəmiyyət daşıyan və gələn ilin yanvarın 1-dən qüvvəyə minəcək bu razılıqdan sonra yaranan ilk sual sadədir: bu anlaşma Azərbaycana nə verəcək?

Əvvəlla, bu anlaşmaya sadəcə Shengen vizasının alınmasının sadələşdirilməsi aspektindən deyil, eyni zamanda Azərbaycanın Avropa Birliyi standartlarına uyğunlaşdırılması konktekstindən yanaşmasından lazımdır. Belə ki, bu anlaşma ölkədə biometrik pasportların dövriyyəyə buraxılmasını təmin etməklə yanaşı eləcə də bu sahədə sənədlərin təhlükəsizliyini də reallaşdırır. Sənəd riadmisiya və qeyri-leqal miqrasiyaya qarşı mübarizənin gücləndirilməsi, təhlükəsizlik və ədliyyə sahəsində əməkdaşlıq və eləcə də Azərbaycanın xarici əlaqələrinin təkmilləşdirilməsi baxımdan da əhəmiyyətlidir;

İkincisi, bu anlaşma Azərbaycan vətəndaşlarının Avropa Birliyinə səyahət imkanlarının sadələşdirilməsi və innovasiyaların ixracı baxımdan dəyərlidir;

Üçüncüsü, bu anlaşma Azərbaycan ilə birlik arasında aparılan və eləcə də başlamalı olan o cümlədən Asossiativ Müqavilənin gələcəkdə reallaşdırılması baxımdan pozitiv təsirlərə malikdir;

Nəhayət, bu anlaşma növbəti mərhələdə Azərbaycan vətəndaşlarının Birliyə vizasız səfəri üçün zəmin yaradacaq. Moldova təcrübəsi bu yanaşmanı tam olaraq təsdiq edir.

Bütövlükdə, shengen zonasına səyahət edən Azərbaycan vətəndaşlarına nə vəd edir?

Təbii ki, anlaşmanın əsas məqsədi Azərbaycan ilə Avropa Birliyi arasında viza rejiminin sadələşdirilməsi və qonaq ölkə vətəndaşlarının daha sadə və asan mexanizmlər ilə viza almasını özündə ehtiva edr. Anlaşmada öz əksini tapan konkret məqsədlər isə aşağıdakılardır:

Birincisi, uzun müddətli vizalarda şengen ölkəsində qalmaq müüddətində qalma müddəti 2 dəfə, 90 gündən 180 günədək artılacaq. Bu o deməkdir ki, əvvəllər uzun müddətli, məsələn, 3 illik malti şengen viza alanlar üçün brilikdə maksimum qalma müddəti 3 ay idisə bu rəqərm artıq 6 ay olacaq;

İkincisi, uzun müddətli vizaların müddətİ 3 ildən 5 ilədək uzadılacaq. Yəni, əvəllər səfirliklər şengen vizasını maksimum 3 il müddətinə təqdim edirdilərsə indi bu zaman 5 ilədək uzadılacaq;

Üçüncüsü, şengen vizasının rəsmilləşdirilməsi üçün tələb edilən viza haqqı 60 avrodan 35 avroya endiriləcək;

Dördüncüsü, müəyyən kateqoriya Azərbaycan vətəndaşları üçün şengen vizaları pulsuz təklif olunacaq. Bu kateqoriya kifayət qədər geniş təbəqəni əhatə edir. Bura 12 yaşından kiçik olan uşaqlar, təqaüdçülər, dövlət qulluqçüları, əlil insanlar, şengen ölkəsində yaşayanların yaxın qohumlar, jurnalistlər, konfras və elmi tədbirlərdə iştirak edən vətəndaş cəmiyyəti nümayəndələri, mübadilə proqramında iştirak edən tələbələr və s. Daxildir.

Beşincisi, vizaların verilməsi üşün tələb edilən müddət 2 dəfə azaldılacaq. Bu isə o deməkdir ki, Azərbaycan vətəndaşları vizaların alınması üçün heç də günlərlə gözləməyəcəklər. Güzəştli kateqoriyalar üçün bu müddət cəmi 2 gün olacaq;

Altıncısı, viza alınması üçün tələb edilən sənədlərin sayı kəskin azalacaq. Bu isə imkan verəcək ki Azərbaycan vətəndaşları daha az sənəd təqdim etməklə vizanın rəsmilləşdirilməsini həyata keçirə bilsinlər;

Yeddincisi, şengen ölkəsində olan və viza müddəti başa çatan Azərbaycan vətəndaşları texniki baxımdan (məsələn, səhiyyə xidməti alanlar) ölkəyə qayıdaraq səfirliyi müracəti etmək imkanları olmadığı halda Avropa Birliyində həmin vizanın müddətini uzatmaq imkanına malik olacaqlar.

Ümumiyyətlə, bu anlaşma Azərbaycanın Avropaya yaxınılaması baxımdan yeni bir mərhələnin başlanğacıdır.

İqtisadçı, ekspert Vüqar Bayramov