Qazanılan pulların hara xərcləndiyi heç kimə bəlli deyil Qazanılan pulların hara xərcləndiyi heç kimə bəlli deyil

Metrodakı ticarət obyektləri kimindir?

Qazanılan pulların hara xərcləndiyi heç kimə bəlli deyil


Əksər metro stansiyalarında rast gəlinən, əhalinin gediş-gəlişinə mane olan ticarət köşləri getdikcə çoxalır. Yaranan sıxlıq, natəmizlik bahasına fəaliyyət göstərən bu dükanlar və köşklərdən görəsən kimlər yararlanır? Metro keçidlərindəki ticarət obyektlərindən alınan yer haqqıları hansı məqsədlər üçün istifadə olunur?

Bu suallara aydınlıq yaratmaq üçün AzNews.az saytının əməkdaşı Metropolitenin rəis müavini Arif Rəsulovun fikirlərini alıb. Rəis müavini bildirib ki, metro keçidlərində fəaliyyət göstərən dükanlara, köşklərə onlar nəzarət etmir: "Metro keçidlərində fəaliyyət göstərən dükanlara, köşklərə biz baxmırıq. Bu obyektlərin kirayə haqqı Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən yığılır. Sadəcə içəridə yerləşən köşklər bizə baxır".

Ancaq əməkdaşımızın metro keçidlərində apardığı araşdırmadan bəlli olur ki, satıcıların əksər hissəsi yer haqqını Metropolitenin işçilərinə- Seyfullah və İlham adlı şəxslərə verirlər. Satıcıların bəziləri isə bu köşlərin onların şəxsi köşkü olduğunu və buna görə heç kimə yer haqqı ödəmədiyini bildiriblər. Bir neçə obyek sahibi isə suallara cavab verməkdən imtina edərək, "məni zibilə salmayın" deyib.


Bahadur

AzNews.az