23:51
(077) 610-22-33

Azərbaycanda vətəndaşsızlığın səbəbləri müzakirə edildi

  • >
752 29 Noyabr 2013 14:00 | Cəmiyyət

Bu gün BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (BMTQAK) dəstəyi ilə Azərbaycan Miqrasiya Mərkəzinin hazırladığı "Azərbaycan Respublikasında vətəndaşsızlığa şərait yaradan hallara dair" Hesabatın təqdimatı keçirilib.

AzNews.az-ın xəbərinə görə, tədbirdə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, millət vəkili Çingiz Qənizadə, Dövlət Miqrasiya Xidmətinin nümayəndəsi Nazim Salmanov, BMTQAK-ın eksperti Aleksandr Novikau çıxış ediblər.

Tədbiri açılış nitqi ilə açan BMTQAK-ın Azərbaycandakı nümayəndəsi Daq Siqurdson vətəndaşsızlıq hallarının aradan qaldırılması istiqamətində səylərin birləşdirilməsinin önəmindən danışıb.

"Azərbaycanda vətəndaşsızlıq halları və səbəbləri" mövzusunda çıxış edən "Azərbaycan Miqrasiya Mərkəzi" İctimai Birliyinin rəhbəri Əlövsət Əliyev vətəndaşlığı olmayan şəxslərin vəziyyəti, qarşılaşdığı problemlər, bu şəxslərin vətəndaş cəmiyyətinin inkişafında rolu məsələsinə toxunub.

Eyni zamanda, BMTQAK-ın ekspertləri vətəndaşsızlığın aradan qaldırılması sahəsində öhdəliklər, o cümlədən, BMTQAK-nın vətəndaşsızlıq hallarının qarşısının alınması istiqamətində fəaliyyəti barədə məlumat veriblər.

Dövlət Miqrasiya Xidmətinin eksperti də Azərbaycanda vətəndaşsızlıq, vətəndaşsızlıq problemlərinin həllində Dövlət Miqrasiya Xidmətinin rolu, vətəndaşlığı olmayan şəxslərin müəyyən edilməsi və sənədləşdirmə prosesi barədə məlumat verib. Tədbir hesabatın təqdimatı ilə bağlı müzakirələr, sual- cavab və tövsiyələrin dinlənməsi ilə başa çatıb.

Elnur
AzNews.az
Bağla X