“Elnur Məmmədli mənimlə görüşmədi. Nəticə də göz qabağındadır!” “Elnur Məmmədli mənimlə görüşmədi. Nəticə də göz qabağındadır!”

Loğman İsmayıl Vəliyev: “İdmanımızın inkişafı Prezidentdən başqa heç kimi maraqlandırmır”

“Elnur Məmmədli mənimlə görüşmədi. Nəticə də göz qabağındadır!”


İsmayıl bəy mətbuatda idmançıların qidalanma vərdişlərini tənqid edən loğman kimi tanınır. Buna baxmayaraq, uzun müddətdir "idmançılarımız düzgün qidalanmırlar" deyən loğmanın fikrini nəzərə alan yoxdur. İsmayıl Vəliyevin iddiasına görə, o, beynəlxalq yarışlarda məğlub olmamağın yollarını yaxşı bilir, buna bir təbib kimi zəmanət də verir. İdmançılarımızı qalib etmək üsulu isə düzgün qidalanmadan başlayırmış.


-Nə zamandan təbii üsullarla qidalanmaqla məşğulsunuz?...


- Əvvəlcə qeyd edim ki, mən Gəncədə yaşayıram. 16-17 ildir ki, Qədim Çin, Tibet, Türk təbabəti yoluyla insanları müalicə edirəm. Əsas önəmi düzgün qidalanmaya verirəm. Bunun nəticəsidir ki, mən üç dəfə Gəncədən Bakıya 365 km yolu 80 saat ərzində qaçaraq gəlmişəm. Birinci dəfə 2003 cü ildə, ikinci dəfə 2005-ci ildə, üçüncü dəfə isə 2008-ci ildə ulu öndərimiz Heydər Əliyevin 85 illiyi münasibətiylə marafon yürüşü keçirmişəm. İnşallah, fikrim var ki, 2013-cü ildə 4-cü dəfə bu məsafəni qət edim. Amma bunun üçün gərək sponsor tapılsın. Bununla bağlı bəzi nazirlərə, millət vəkillərinə, iş adamlarına müraciət eləmişəm, amma heç biri kömək olmayıblar. İndi onların adlarını çəkmirəm , amma prezidentimizlə mübarək görüşümüzdə ona hər şeyi danışacam.


-Bəs sizə kömək edən olmayıb?


-Niyə ki, olub. Mən bundan əvvəlki yürüşlərimdən əvvəl Prezident Aparatına məktub yazırdım. onu Gəncə İcra Hakimiyyətinə müraciət edirdi, onlar da məni yola salırdılar.


-Dediniz 52 yaşınız var və yaşınıza görə də çox enerjilisiniz. Bu əzmkarlıq və güc nədən irəli gəlir?


-Bunların hamısı qida rejimimi dəyişməyimin hesabına başa gəlib, ona görə də mən dəfələrlə təklif etmişəm ki, bu dəyişmə bizim idmançılarımızda da tətbiq olunsun. Mən buna 10 ildir çalışıram, amma alınmır.


-Niyə alınmır?


-Hansı məşqçiyə, federasiya rəhbərliyinə bunu deyirəm, ağzını əyir, cürbəcür bəhanələr gətirir.Mən onları qınamıram, çünki onların öz sahələrindən xəbərləri yoxdur.

2002-2003 – cü il Neftçinin eks , PFL-in indiki prezidenti Ramin Musayevin qəbulunda da olmuşam.


-Necə düşünürsünüz, idmançılarımızın qidalanma vərdişlərinin təkmilləşdirilməməsi bu olimpiyadadakı uğursuz çıxışımızın səbəbi ola bilər?


-Ola bilər yox, birbaşa səbəbidir. Ümumiyyətlə, Azərbaycan idmançıların düzgün qidalansalar, hər olimpiyadada minimum 8 qızıl medal ala bilər. Buna mən söz və zəmanət erirəm. Amma federasiyalar, Gənclər və İdman Nazirliyi məsələyə elə yanaşırlar ki, sanki idmanımızın inkişafı prezidentdən başqa heç kimə lazım deyil.Götürək elə nazirliyi. Mən üç dəfə Gəncədən Bakıya marafon yürüşü təşkil etmişəm. Nazirlikdən bir soruşan olmayıb ki, bunu niyə eləyirsən, bir quru sertifikat, balaca suvenir belə verən olmayıb.


-Bəs sizi niyə dinləmirlər?


-Çünki bu işi bilmirlər. Azərbaycanda təbabətlə məşğul olan çox az adam var. Ərşad Əzimzadə, Səməd Əliyev, Əli Güvəndikli kimi loğmanlarımız var, amma onlar nədənsə idmanla bağlı televiziya-qəzetlərdə danışmırlar.


-Bütün dünyada olduğu kimi Azərbaycanda da əksər həkimlər təbabətin əleyhinə çıxış edirlər. Siz loğman kimi belə hallarla qarşılaşırsınız?


-Təbii ki. Mən bir çox həkimlə söhbət eləmişəm. Onlar qulaq asırlar, amma mən dediyimi eləməyə qorxurlar. Bir dəfə İradə xanım (İradə İsaq- red.) verlişində həkimlərlə loğmanlara fikir mübadiləsi aparmaq üçün verliş təşkil elədi. Səhiyyə Nazirliyinə həkim göndərmək üçün zəng də elədi. Amma nazirlik bizimlə bir verlişdə iştirak eləmək üçün lazımi mütəxəssis göndərə bilmədi.


-Məşqçilərə, klub rəhbərliklərinə, federasiyalara, müraciət elədiyinizi dediniz. Bəs idmançılarla necə danışmısınz?


-Danışmışam. Söhbətimə maraqla qulaq asıblar, amma məsləhətlərimə əməl etməklərinə məşqçilər mane olurlar.

Məsələn, mən olimpiyada başlanmasından 5-6 ay əvvəl Elnur Məmmədliylə görüşməyə çalışdım, amma məşqçiləri görüşməyimizə mane oldular. Nəticə də göz qabağındadır.


Söhbətləşdi:

Şahlar Ruhi

AzNews.az

image description image description