04:42
(077) 610-22-33

QİÇS-lə Mübarizə Günü qeyd olundu- FOTO

  • >
693 29 Noyabr 2013 16:50 | Cəmiyyət


Dekabr ayının 1-i Ümumdünya QİÇS-lə Mübarizə Günü kimi qeyd olunur.

AzNews.az-ın verdiyi məlumata görə, noyabr ayının 29-da Bakı Slavyan Universitetində QİÇS-lə mübarizəyə aid tədbir keçirilib. Tədbirdə BSU-nun tərbiyə işləri üzrə prorektoru, dosent O.Səmədov, Nəsimi rayon Gənclər İdarəsinin nümayəndəsi Ş. Tağıyev, Respublika QİÇS-lə Mübarizə Mərkəzinin həkimi D. Mahmudova, "QİÇS-lə Mübarizə" İctimai Birliyinin əməkdaşı E. Paşayev iştirak edib.

Ş.Tağıyev tələbələri QİÇS haqqında ümumi məlumatlandırıb. Daha sonra çıxış edən D. Məmmədov tələbələrə QİÇS-in yaranma tarixi, dünyada və Azərbaycanda hazırkı statistikalar barəsində məlumat verib.

E. Paşayev "QİÇS-lə Mübarizə" İctimai Birliyinin fəaliyyəti haqqında danışıb. Sonda tələbələrin çoxsaylı sualları cavablandırılıb və onlara məlumat kitabçaları paylanılıb.

Rəhim Qədirov
AzNews.az
Bağla X